Hakimlər Komitəsinin sədri: "Keyfiyyətə önəm verməliyik"

"Azərbaycana gələndə demişdim ki UEFA qaydalarını tətbiq etməliyik"
"Mediasport" xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere deyib.
Belçikalı mütəxəssis Bakıda azərbaycanlı hakimlər üçün təşkil olunan seminardan sonra jurnalistlərə açıqlama verib. O, beynəlxalq dərəcəli hakimlərin sayını artırmağa çalışacaqlarını bildirib:
"Belə tədbirlərlə qaydaları aşılamaq lazımdır. FİFA referilərinin sayının artırılması ilə bağlı çox suallar verilir.
Düşünürəm ki, bu yeri qazanmaq üçün kəmiyyətə deyil, keyfiyyətə önəm verməliyik. Elçin Məsiyev də bu siyahıya daxil ola bilər.
Hakimlərin sayının artırılması ilə bağlı AFFA, FİFA və UEFA ilə müzakirələr aparacağam. Azərbaycandan daha çox hakimin bu siyahıya düşməsinə çalışacağam".