RƏSMİ - Afrika klubu müdafiəçisini Azərbaycana icarəyə göndərdi
Cənubi Afrikanın “Stellenboş” klubunda forma geyinən Turan Manafov Azərbaycana qayıdıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi karyerasını "Qəbələ"də davam etdirəcək.
Afrika təmsilçisi paylaşımında 27 yaşlı futbolçunun bölgə klubuna icarəyə verildiyini açıqlayıb.
Xatırladaq ki, Manafov "Stellenboş"la bu mövsümün əvvəlində müqavilə bağlamışdı.
O, CAR klubunda 10 oyu keçirib.
