Kamal Kazımov bölgə klubunda

Kamal Kazımov bölgə klubunda

Yenidən 1-ci Liqada mübarizə aparacaq "Karvan-Yevlax" növbəti transferini açıqlayıb.

"Mediasport" xəbər verir ki, aranlılar Kamal Kazımovla gücləniblər.

23 yaşlı vingerlə 1 illik müqavilə bağlanıb.

O, son olaraq MOİK-də forma geyinib.