Könül Mehdiyeva "Panatinaikos" - "Roma" matçına təyinat aldı

 Könül Mehdiyeva "Panatinaikos" - "Roma" matçına təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Avropa Liqasının sonuncu turunda iş başında olacaq.

Mehdiyeva Liqa mərhələsinin 8-ci turunda keçiriləcək "Panatinaikos" (Yunanıstan) – "Roma" (İtaliya) oyununun UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək.