"Qarabağ" "Çelsi"dən 5 top buraxdı
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçını keçirib.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi 4-cü tur çərçivəsində Bakıda "Çelsi"dən olan həmyaşıdları ilə qarşılaşıb.
"Azərsun Arena"da baş tutan matç İngiltərə klubunun qələbəsilə yekunlaşıb - 5:0.
Qeyd edək ki, "Qarabağ" UEFA Gənclər Liqasının əsas mərhələsində daha əvvəl keçirdiyi oyunlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5) və "Atletik"ə (0:3) məğlub olub.
