Millimiz Belarusa məğlub oldu

 Millimiz Belarusa məğlub oldu

Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib.

Mediasport" xəbər verir ki, yığmamız Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Şimkənd şəhərində yerləşən "Namis" stadionunda baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-15 yığması turnirdəki əvvəlki matçlarında Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olub.