"Liverpul"un ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Liverpul"un ulduz futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

Gələn ay UEFA Çempionlar Lqiasında "Qarabağ"ın rəqibi olacaq “Liverpul”un hücumçusu Aleksander İsak Azərbaycan çempionu ilə matçda oynamayacaq.

"Mediasport" xəbər verir ki, isveçli forvardın yanvarın 29-da Liqa mərhələsinin 8-ci turu çərçivəsində "Enfild"də baş tutacaq dueldə "atlılar"a qarşı meydana çıxmayacağı dəqiqləşib.

O, İngiltərə Premyer Liqasının 16-cı turunda “Tottenhem”lə görüşdə ciddi zədə alıb.

MRT müayinəsinə əsasən, skandinaviyalı uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, “Liverpul” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.