"Qarabağ" - "Ayntraxt" oyununun hakimlər briqadası açıqlandı

"Qarabağ" - "Ayntraxt" oyununun hakimlər briqadası açıqlandı

Yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyununun hakimlər briqadası açıqlanıb.

"Mediasport" xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi Sandro Şörerə yan xətdə Stefan De Almeida və Jonas Erni köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Yohannes von Mandax yerinə yetirəcək.

VAR-da Fedayi San, AVAR-da Lukas Fandrix əyləşəcək, UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq 7-ci tur dueli saat 21:45-də start götürəcək.