"Çempionlar Liqasında uğurlu çıxış edəcəklərini gözləyirdim" - Juninyo

"Qurban Qurbanov təmkinli, səbirli və bütün oyunçularına kömək etməyə çalışan biridir. O, futbolçularından ən yaxşısını almağa çalışır, komandanı necə idarə etməli olduğunu bilir".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo deyib.
Karyerasını vətənində "Flamenqu"da davam etdirən hücumçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunda keçirdiyi günləri yada salıb:
"Qurbano Qurbanov 2008-ci ildən bu yana kluba uğur qazandırır. O, hər kəsin əhvalını anlayan bir məşqçidir. Avropa Liqasının 1/8 finalında Almaniyanın “Bayer” komandasına qarşı keçirdiyimiz matçları xüsusi xatırlayıram (2:2, 2:3). Bu mərhələyə gəlmək bizim üçün böyük uğur idi. Əvvəllər belə bir şey olmamışdı. “Bayer”lə matçlar əsl tamaşa, tarixi görüşlər idi”.
Bu ilin yanvarında Braziliyaya yollanan forvard Azərbaycan çempionunun UEFA Çempionlar Liqasında çıxışlarına da toxunub:
"Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxış edəcəyini gözləyirdim. "Benfika"nı, "Kopenhagen"i məğlub etmələri mənimçün təccüblü olmadı.
Onlar hələ bir çox böyük klubu təəccübləndirəcəklər. Çünki "Qarabağ" belədir, xüsusən də Azərbaycanda oynayanda onlara qalib gəlmək asan deyil".
Xatırladaq ki, Juninyo 2023/2025-ci illərdə "Qarabağ"ın heyıtində 48 oyuna 23 qolla yadda qalıb.