Milli komandamız Qəbələdə Moldova yığmasına uduzdu

Milli komandamız Qəbələdə Moldova yığmasına uduzdu

Qəbələdə təlim-məşq toplanışınd aolan U-20 Azərbaycan millisi yoxlama oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Moldovadan olan həmyaşıdları ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, komandamız oktyabrın 6-da Yaponiya yığması ilə qarşılaşacaq.