"Turan Tovuz"un futbolçusu Braziliya millisinə qarşı oynadı

"Turan Tovuz"un futbolçusu Braziliya millisinə qarşı oynadı

"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinin heyətində Braziliya ilə yoldaşlıq matçına çıxıb.

"Mediasport" xəbər verir ki, Qərb təmsilçisinin üzvü 65-ci dəqiqədə oyuna qoşulub.

Qarşılaşma Karlo Ançelottinin komandasının 6:2 hesablı qələbəsilə yekunlaşıb.

Panama DÇ-2026-nın L qrupunda İngiltərə, Xorvatiya və Qana ilə üz-üzə gələcək.

Roderik Miller də mundial üçün yığmanın yekun heyətinə dəvət edilib.