Zamiq Avroliqada oynamadı, komandası evdə bərabərə qaldı
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçını keçirib.
"Mediasport" xəbər verir ki, müdafiəçinin komandası "Lilleström"ü (Norveç) qəbul edib.
Görüşdə qapılara qol vurulmayıb. Əliyev qarşılaşmanı ehtiyat skamyadan izləyib.
Tərəflər arasında cavab matçı avqustun 27-də baş tutacaq.

