"Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır" - Benzia

"Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır" - Benzia

"Neftçi" üzərində qələbəyə görə sevinirik. Komanda şəklində oyuna yaxşı adaptasiya olmuşduq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın futbolçusu Yassin Benzia deyib.

Ağdam klubunun aparıcı futbolçusu "Azərbaycan derbisi" haqda fikirlərini bölüşüb:

"Məncə, daha çox qol vura bilərdik. Xüsusilə ikinci hissədə çox imkanımız oldu. Çempionluq haqda danışmaq tezdir, hələ rəsmiləşməyib. Qalan bütün matçlarda qələbə qazanmalıyıq. Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır".

Əlcəzair millisinin vingeri aprelin 23-də "Araz-Naxçıvan"la Azərbaycan Kubokunun cavab yarımfinal görüşündə meydana yalnız qalib gəlmək üçün çıxacaqlarını bildirib:

"Fikrimcə, maraqlı oyun olacaq. Bütün diqqətlərimizi bu qarşılaşmaya yönəltmişik. İlk görüşdə məğlub olmağımıza baxmayaraq, vəziyyəti xeyrimizə doğru dəyişməz üçün bacardığımızı edəcəyik".

Qeyd edək ki, "Qarabağ" yarımfinalın ilk matçında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.