Ulduz futbolçu milli komandadakı karyerasını başa vurdu - RƏSMİ

Ulduz futbolçu milli komandadakı karyerasını başa vurdu - RƏSMİ

"Bir neçə dəfə yoxladım, amma olmadı. Bu stadionda başlamışdım, burada da bitirirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Braziliya milli komandasının futbolçusu Neymar deyib.

O, DÇ-2026-nın pley-off mərhələsinin Norveç yığması ilə oyunundan sonra (1:2) millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Sambaçı gecə baş tutan qarşılaşmada penalti zərbəsindən fərqlənərək 2023-cü ildən sonra ilk dəfə Braziliya millisində qol vurub.

Neymar yığmanın heyətində ümumilikdə 130 oyuna çıxıb, 80 qol vurub və 59 məhsuldar ötürmə edib.

Pley-offun Meksika - İngiltərə oyunu (2:3) yekunlaşdıqdan sonra isə Gilermo Oçoa da futbolçu karyerasını başa vurduğunu bildirib.

40 yaşlı çərçivə qoruyucusu Meksika millisinin heyətində 152 oyun keçirib.

Klub karyerası ərzində "Amerika", "Ajaçço", "Malaqa", "Qranada", "Standard", "Salernitana" və AEL-in uğurları üçün çalışıb.