"Neftçi" FİBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə əldə etdi
"Neftçi" basketbol komandası FİBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib.
"Mediasport" xəbər verir ki, təmsilçimi zlk təsnifat mərhələsində cavab oyununu keçirib.
Estoniyanın "Parnu" kollektivinə bu dəfə uduzan "ağ-qaralar" məğlubiyyətə (61:73) baxmayaraq, iki qarşılaşmanın ümumi hesabına əsasən əsas mərhələ adlayan tərəf olub.
Xatırladaq ki, bakılılar ötən həftə evdə 80:67 hesablı qələbə qazanmışdılar.
"Neftçi" Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.

