Yığmamız Avropa çempionatında İslandiya millisinə qalib gəldi

 Yığmamız Avropa çempionatında İslandiya millisinə qalib gəldi

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının B Divizionunda növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığmamız qrupun 4-cü matçında İslandiya kollektivi ilə üz-üzə gəlib.

Görüş komandamızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti qarşılaşmasını sabah Kosovoya qarşı keçirəcək baksetbolçularımız qrupun əvvəlki duellərində Bosniya və Herseqovinaya qalib gəlib (83:81), Ukrayna (65:78) və Litvaya (31:82) məğlub olublar.