"Fənərbaxça" finalda “Qalatasaray”ı məğlub edib Avroliqanın qalibi oldu

"Fənərbaxça" finalda “Qalatasaray”ı məğlub edib Avroliqanın qalibi oldu

Qadın basketbolçular arasında Avroliqanın qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, final qarşılaşmasında Türkiyə təmsilçiləri - "Fənərbaxça" və "Qalatasaray" qarşılaşıblar.

İspaniyanın Saraqosa şəhərində keçirilən görüş "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 68:55.

Bu, "sarı-lacivərdlilər" Avroliqada 3-cü çempionluğu olub.