"Sumqayıt" yeni baş məşqçi gətirdi
Uğur Özdemir "Sumqayıt" basketbol komandasının baş məşqçisi təyin olunub.
Bu barədə "Mediasport"a klubdan məlumat verilib.
Türkiyəli mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.
Uğur Özdemir buna qədər 2022-2024-cü illərdə Azərbaycan Basketbol Liqasında çıxış edən "Xırdalan" komandasının (hazırda "LANDAU Lions") baş məşqçisi olub.

