Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

 Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın eşitmə məhdudiyyətli cüdoçusu Coşqun Əliyev Bakıda keçirilən Avropa çempionatında uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, idmançımız bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

60 kq çəki dərəcəsində yarışan cüdoçu finalda polşalı Yakub Qlenskini məğlub edəərk qızıl medal qazanıb.