B komandadan bir neçə oyunçu "Neftçi"nin əsas heyətinə çağırıldı
“Neftçi” məşqlərini bərpa edib.
"Mediasport" xəbər verir ki, “Kəpəz” üzərində qələbədən sonra 4 günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində məşqə çıxıblar.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında keçirilən hazırlıq prosesində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər.
Əvəzində, B komandadan bir neçə oyunçu məşqə cəlb olunub.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.

