"Qarabağ"lının əvəzinə milliyə "Neftçi"nin futbolçusu çağırıldı

 "Qarabağ"lının əvəzinə milliyə "Neftçi"nin futbolçusu çağırıldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

Qeyd edək ki, U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində bu gün və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.