Azərbaycan yığmasının eks üzvü Çempionlar Liqasında 5 qola sevindi

Azərbaycan milli komandasının sabiq futbolçusu Eddi Paskual Silvestre İsrafilov formasını geyindiyi Malayziyanın "Yohor Darul Tazim" klubunun heyətində Asiya Çempiolar Liqasının əsas mərhələsində 8-ci tur matçına çıxıb.
"Mediasport" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin komandası doğma meydanda Cənubi Koreyanın "Pohanq" klubu ilə qarşılaşıb.
7 qolun vurulduğu matçda sevinən tərəf malayziyalılar olublar - 5:2. İsrafilov 90 dəqiqə meydanda qalıb.
"Yohor Darul Tazim" xallarının sayını 14-ə çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.
Lider "Kavasaki Frontale"nin (Yaponiya) 18 xal var.