"Mundiala dəvət almaq karyeramın ən qürurverici anlarından biridir"

"Mundiala dəvət almaq karyeramın ən qürurverici anlarından biridir"

"Dünya çempionatına dəvət almaq karyeramın ən xoşbəxt və qürurverici anlarından biridir. Allaha, ailəmə, "Turan Tovuz"a, komanda yoldaşlarıma və məni həmişə dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Ölkəmiz üçün hər şeyi verəcəyəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un formasını geyinən Roderik Miller deyib.

Panama millisinin heyətində futbol üzrə dünya çempionatında iştirak edəcək müdafiəçi Qərb təmsilçisinə minnətdarlığını ifadə edib:

"Turan Tovuz” bu nailiyyətimdə çox mühüm rol oynadı, çünki mən burada həm oyunçu, həm də insan kimi çox böyüdüm. Bu ana çatmağımda kömək edən, mənə güvənən və dəstək olan kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə çox minnətdaram".

Miller ölkəsinin və Premyer Liqa klubunun azarkeşlərindən də söz açaraq onları mundialda sevindirəcəyini dilə gətirib:

"Panama və "Turan Tovuz" azarkeşlərinə həmişə mənə göstərdiyi bütün dəstək və sevgiyə görə təşəkkür etmək istəyirəm. Hər ikisini dünya kubokunda böyük qürurla təmsil edəcəyəm və əlimdən gələn hər şeyi edəcəyəm".

Xatırladaq ki, Miller Azərbaycan çempionatında çıxış edərək mundiala dəvət alan ilk futbolçu kimi tarixə düşüb.