"Açıq deyirəm ki, bu oyunda Tural Qurbanovun iştirakı çox yersiz idi"

"Açıq deyirəm ki, bu oyunda Tural Qurbanovun iştirakı çox yersiz idi"

"Mən heç vaxt hakimlikdən narazı qalan məşqçi olmamışam. Amma açıq deyirəm ki, bu oyunda Tural Qurbanovun iştirakı çox yersiz idi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.

Təcrübəli çalışdırıcı Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda "Qəbələ" ilə keçirilən pley-off matçından sonra (0:2) fikirlərini bölüşüb:

"Bütün cərimə zərbələri bizim əleyhimizə verilirdi. Biz döyüşkən komandayıq. Şansımız var idi, amma olmadı.

I Liqa klubu ilə Premyer Liqa komandaları arasında büdcə və keyfiyyət fərqi var.

Ədalətli rəqabəti təmin etmək üçün bu məqamlar nəzərə alınmalıdır".