"İmişli" Premyer Liqada qalmasını təmin etdi, "Sumqayıt" uduzdu

"İmişli" Premyer Liqada qalmasını təmin etdi, "Sumqayıt" uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu tur start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə iki matç keçirilib.

Liqada qalmaq uğrunda yarışan "Kəpəz" Yevlaxda son dəqiqələrdə geridönüş edərək "Sumqayıt"a qalib gəlib.

Sumqayıtda "Araz-Naxçıvan"ı məğlub edən debütant "İmişli" isə demək olar, çempionatda qalmasını rəsmiləşdirib.

Aran təmsilçisi son 3 tur qalmış 32 xalla 9-cu sırada qərarlaşıb və ən pis halda sonda 11-ci sıraya düşərək 1-ci Liqanın 2-cisi ilə pley-off matçı keçirə bilər ki, bu da az inandırıcıdır.

Tur 4 gün davam edəcək.


Azərbaycan Premyer Liqası. 30-cu tur


2 may (şənbə)

“Kəpəz” – “Sumqayıt” 2:1

Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Elvin Bayramov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ramil Diniyev 

AFFA nümayəndəsi: Asif Əliyev

Yevlax şəhər stadionu, 16:00


“Araz-Naxçıvan” – “İmişli” 0:1

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: İmanxan Sultani 

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“SOCAR Polymer Arena”, 18:30


3 may (bazar)

“Şamaxı” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı şəhər stadionu, 16:00


“Zirə” – “Qəbələ”  

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Zirə İK stadionu, 18:30


4 may (bazar ertəsi)

“Qarabağ” – “Turan Tovuz”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

T.Bəhramov adına Respublika stadionu, 19:30 


5 may (çərşənbə axşamı)

“Karvan-Yevlax” – “Neftçi” 

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Yevlax şəhər stadionu, 16:00