Ötən mövsüm Azərbaycan Premyer Liqasında 10 avtoqol qeydə alınıb

Ötən mövsüm Azərbaycan Premyer Liqasında 10 avtoqol qeydə alınıb

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında 10 avtoqol qeydə alınıb.

"Mediasport" xəbər verir ki, 15 oyun qolsuz bitib və orta məhsuldarlıq 2.40 qol olub.

Azərbaycan çempionatında çıxış edən futbolçular 11 metrlik cərimə zərbəsindən 34 qol vurub, 9 penalti zərbəsi isə hədəfdən yayınıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.