Murad Musayev ardıcıl 2-ci çempionluğu qazana bilmədi

Murad Musayev ardıcıl 2-ci çempionluğu qazana bilmədi

Futbol üzrə Rusiya Premyer Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Zenit" 68 xalla ölkə çempionatının qızıl medallarına sahib çıxıb.

Bu, sankt-peterburqluların 12-ci çempionluğu olub.

Komanda bu göstəricidə Moskva "Spartak"ını qabaqlayıb (11 çempionluq).

Xatırladaq ki, "Zenit" turnir cədvəlində ən yaxın izləyicisi "Krasnodar"ı 2 xal qabaqlayıb.

2021-2024-cü illərdə "Sabah"ın baş məşqçisi olmuş Murad Musayevin komandası ardıcıl ikinci dəfə Premyer Liqa çempionluğunu son turlarda əldən verərək gümüş medalla kifayətlənib.