"Neftçi" yeni müqavilə bağladı
“Neftçi” PFK ilə futbolçu Emil Səfərov arasındakı müqavilənin müddəti uzadılıb.
"Mediasport" xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
Emil Azərbaycan Premyer Liqasında 18 yaşında ikən yetirməsi olduğu “Qəbələ”də debüt edib.
Azərbaycan milli komandasının futbolçusu 2024-cü ildən "ağ-qaralar"ın heyətində çıxış edir.
O, 2 il ərzində “Neftçi”nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə ilə yadda qalıb.

