Yaxın ətrafı işbaz menecerlərlə birlikdə Ehtiram Quliyevi adladır!

Yaxın ətrafı işbaz menecerlərlə birlikdə Ehtiram Quliyevi adladır!

"Turan Tovuz" növbəti qeyri-peşəkar addımı ilə diqqət çəkib.

Bu ilin yanvarında heyətə cəlb olunan Coş Cinneli komandadan ayrılıb.

Qərblilərlə 1,5+1 illik anlaşmaya qol çəkmiş ingiltərəli vinger 3-cü aydır düşərgədə yoxdur.

Meydana çıxdığı 8 matçda gözləntilərin tam altında perfomans sərgiləyən "Aston Villa"nın yetirməsi yay fasiləsindən sonra ümumiyyətlə geri dönməyib.

Klub prezidenti Ehtiram Quliyevin qeyri-rəsmi səlahiyyət verdiyi və güvəndiyi yaxın ətrafının işbaz menecerlərlə əlbir olub komandaya sırıdığı 29 yaşlı Cinneli də sən demə, İbrahima Vaci və David Tavareş kimi xroniki zədədən əziyyət çəkən futbolçulardandır.

3 aydan çoxdur komandanı tərk edən adalının gedişinin açıqlanmaması da məhz azarkeşlərin və mətbuatın haqlı olaraq klubun üzərinə gəlməsindən ehtiyatlanmağa görədir.

Xatırladaq ki, təkcə İbrahima Vaci, David Tavareş və Coş Cinnelinin "Turan Tovuz"la müqavilə şərtləri 2 milyon manatı aşırdı ki, komandaya verdikləri xeyir heç aldıqları məbləğin 5-də 1-i deyil.

Mediasport.com.az