"Şirvan" öz meydanında rəqib qapısından 6 cavabsız top keçirdi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 4-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə iki matç keçirilib.
Lider "Şirvan" doğma meydanda "Şəki"ni darmadağın edərək 6 cavabsız qola sevinib.
Qollardan 4-nü Azərbaycan milli komandasının sabiq hücumçusu Amil Yunanov vurub.
Tura sabah yekun vurulacaq.
Azərbaycan 2-ci Liqası. 4-cü tur
20 sentyabr (bazar)
“Şirvan” – “Şəki” 6:0
Şirvan OİK stadionu, 15:30
“Marafon” – “Ağstafa Gəncləri” 2:1
Şamaxı OİK stadionu, 16:00
21 sentyabr (bazar ertəsi)
“Ağdaş” – “Zəngəzur”
Ağdaş şəhər stadionu, 15:30
“Hypers” – “Dinamo”
Bərdə şəhər stadionu, 15:30
“Kür-Araz” – “Difai”
Saatlı OİK stadionu, 16:00
“Qaradağ Lökbatan” – “Şəmkir”
Lökbatan OİK stadionu, 16:00

