Qadın millimizdən növbəti qələbə, kişi komandamız "sülh" bağladı
Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan milliləri bu gün yarışda 4-cü tur görüşlərini keçiriblər.
Kişilərdən ibarət komandamız Rumıniya ilə "sülh" bağlayıb - 2:2.
Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov məğlub olub, Aydın Süleymanlı və Məhəmməd Muradlı heç-heçə edib.
Qadın şahmatçılarımız isə Serbiya yığmasını məğlub ediblər - 3:1.
Günay Məmmədzadə və Xanım Balacayeva qalib gəlb, Ülviyyə Fətəliyeva ilə Gövhər Beydullayeva rəqibləri ilə xalları yarı bölüblər.
Qeyd edək ki, daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrədən (3:1) üstün olub, Çexiya ilə duel heç-heçə bitib (2:2).
Qadın komandamız bunadək Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveç və İngiltərə (hər ikisi 2,5:1,5) üzərində maksimum nəticə qazanıb.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də yekunlaşacaq.


