AFFA-da yeni kadr təyinatları

AFFA-da yeni kadr təyinatları

AFFA-nın struktur dəyişiklikləri çərçivəsində şöbənin rəhbərliyinə və mətbuat xidmətinə yeni kadrlar cəlb edilib.

Bu barədə federasiyadan "Mediasport"a məlumat verilib.

Bildirilib ki, təyinatlara əsasən, Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsini Murad Axundov icra edəcək.

AFFA-nın yeni mətbuat katibi vəzifəsinə Aida Əliyeva, aşağı yaş qrupları və liqalar üzrə mətbuatla iş üzrə məsul şəxs vəzifəsinə isə Kənan Səfərəliyev təyin olunub.