Konfrans Liqası: 1-ci mərhələdə qalan 22 görüş bu gün keçiriləcək

UEFA Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçları bu axşam davam etdiriləcək.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 22 qarşılaşma baş tutacaq.
Azərbaycanı yarışda təmsil edəcək "Zirə" və "Araz-Naxçıvan" mübarizəyə II raundda qoşulacaq.
Xatırladaq ki, 1-ci mərhələsinin ilk iki görüşü (“Sent Jozefs” (Cəbəllütariq) - "Kliftonvill" (İrlandiya) 2:2 və "Floriana" (Malta) - "Haverforduest" (Uels) 2:1) iki gün əvvəl keçirilib.
UEFA Konfrans Liqası. I təsnifat mərhələsi. İlk oyunlar
18:00. “Atletik Eskaldes” (Andorra) – “Düdelanj” (Lüksemburq)
19:00. “Meqpays” (Cəbəllütariq) - “Payde” (Estoniya)
20:00. “Jalgiris” (Kaunas, Litva) – “Penibont” (Uels)
20:00. SJK (Finlandiya) - “Klaksvik” (Farer adaları)
20:00. “Torpedo” (Gürcüstan) - “Ordabası” (Qazaxıstan)
20:30. “Rasinq” (Lüksemburq) - “Dila” (Gürcüstan)
20:30. “Urartu” (Ermənistan) - “Neman” (Belarus)
20:45. “Nomme Kalyu” (Estoniya) – “Partizani” (Albaniya)
22:00. “Birkirkara” (Malta) – “Petroklub” (Moldova)
22:00. “Deçiç” (Monteneqro) – “Sileks” (Şimali Makedoniya)
22:00. "Vlajniya" (Albaniya) - “Dauqavpils” (Latviya)
22:00. “Torpedo” (Belarus) – “Rabotniçki” (Şimali Makedoniya)
22:15. "Malişeva" (Kosovo) - “Vikinqur” (İslandiya)
22:30. “Sutyeska” (Monteneqro) - “Dinamo” (Brest, Belarus)
22:30. “Vardar” (Şimali Makedoniya) – “La Fiorita” (San Marino)
22:30. “Jelezniçar” (Bosniya və Herseqovina) – “Koper” (Sloveniya)
22:45. “Runavik” (Farer adaları) – "Helsinki" (Finlandiya)
22:45. “Sent Patriks” (İrlandiya) – “Hegelmann” (Litva)
23:00. “Boraç” (Bosniya və Herseqovina) – “Santa Koloma” (Andorra)
23:00. “Tre Fiori” (San Marino) – “Pünik” (Ermənistan)
23:00. “Larne” (Şimali İrlandiya) – “Auda” (Latviya)
00:00. “Valur” (İslandiya) – “Flora” (Estoniya)