DÇ-2026: Daha dörd matçın ən yaxşı futbolçuları müəyyənləşdi

DÇ-2026: Daha dörd matçın ən yaxşı futbolçuları müəyyənləşdi

Dünya çempionatının G və H qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, İspaniya - Kabo Verde matçında (0:0) bu ada Afrika təmsilçisinin qapıçısı Vozinya (Jozimar Diaş) layiq görülüb.

Belçika - Misir duelində (1:1) afrikalıların üzvü İmam Aşur seçilib.

Səudiyyə Ərəbistanı - Uruqvay görüşündə (1:1) oyunun ən yaxşısı mükafatına Federiko Valverde sahib çıxıb.

İran - Yeni Zelandiya görüşündə (2:2) isə Ramin Rezayan ən yaxşı elan edilib.