İntizam Komitəsi hakimi söyən "Sumqayıt"lıya 5 oyunluq cəza verdi

 İntizam Komitəsi hakimi söyən "Sumqayıt"lıya 5 oyunluq cəza verdi

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Sumqayıt"ın futbolçusu Nihad Ağalıya ağır cəza kəsib.

"Mediasport" xəbər verir ki, 17 yaşlı qapıçı "Araz-Naxçıvan"la matçda hakimi təhqir edib.

Qırmızı vərəqə alaraq meydandan qovulan qolkiper 5 oyunluq cəza alıb.