Millilərimizin dünya çempionatı üçün ilkin heyəti açıqlandı
Cüdo üzrə Azərbaycan milli komandalarının dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ilin ən mötəbər cüdo yarışında ölkəmizi 12 çəki dərəcəsində 23 cüdoçu (17 kişi və 6 qadın) təmsil edəcək.
İdmançılarımız performans direktoru, kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 4–10 oktyabr aralığında, qarışıq komanda yarışı isə 11 oktyabrda baş tutacaq.
Qadınlar
48 kq
Şəfəq Həmidova
Könül Əliyeva
52 kq
Gültac Məmmədəliyeva
57 kq
Xədicə Qədəşova
70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova
Kişilər
60 kq
Balabəy Ağayev
Əhməd Yusifov
66 kq
Ruslan Paşayev
Turan Bayramov
Nizami İmranov
73 kq
Hidayət Heydərov
Rəşid Məmmədəliyev
81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
Vüsal Qələndərzadə
90 kq
Murad Fətiyev
Elcan Hacıyev
Süleyman Şükürov
100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Kənan Nəsibov
Camal Qamzatxanov

