Cənubi Koreya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Cənubi Koreya millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Hon Mün Bonun baş məşqçisi olduğu asiyalılar A qrupunda meydan sahiblərindən Meksika, həmçinin Cənubi Afrika Respublikası və Çexiya yığmalarına rəqib olacaqlar.
Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Ço Hön-Vu (“Ulsan”), Kim Sonq-Yu (“Tokyo”), Sonq Bum-Kun (“Yonbuk”);
Müdafiəçilər: Kim Min-Ce (“Bayern”,Almaniya”), Ço Yu-Min (“Əl Şarja, BƏƏ), Lii Han-Bum (“Midtülland”, Danimarka), Kim Tae-Yon (“Kaşima Antlers”, Yaponiya), Park Jin-Seob (“Jeyjan”, Çin), Li Ki-Yok (“Qanqvon”), Li Tae-Seok (“Austria Vyana”, Avstriya), Seol Yonq-Vu (“Srvena Zvezda”, Serbiya), Yens Kastrop (“Borussiya" Münhenqladbax, Almaniya”), Kim Mun-Van (“Daejon Sitizen”);
Yarımmüdafiəçilər: Yanq Hun-Yun (“Seltik”, Şotlandiya), Paik Son-Ho (“Birmingem”, İngiltərə), Van İn-Bom (“Feyenoord”, Niderland), Kim Jin-Yu (“Yonbuk”), Bae Yun-Ho (“Stok Sit”, İngiltərə), Eom Ji-Sunq (“Suonsi”, İngiltərə), Van Hi-Çan (“Vulverhempton”, İngiltərə), Li Donq-Yonq (“Ulsan”), Li Je-Sunq (“Mayns”, Almaniya), Li Kanq-İn (PSJ);
Hücumçular: O-Hön-Yu (“Beşiktaş”, Türkiyə), Son Hön-Min (“Los Anceles”, ABŞ), Ço Gi-Sun (“Midtülland”, Danimarka”).
