Azərbaycan milliləri İsveçrə və İsveç yığmaları ilə qarşılaşır

Azərbaycan milliləri İsveçrə və İsveç yığmaları ilə qarşılaşır

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir.

"Mediasport" xəbər verir ki, ilk iki turda qələbə qazanan Azərbaycan milliləri növbəti oyunlarını bu gün keçirəcəklər.

3-cü turda kişilərdən ibarət komandamız İsveçrə, qadın yığmamız isə İsveçdən olan həmkarları ilə qarşılaşacaq.

Xatırladaq ki, kişi millimiz Mərakeş (4:0) və Filippini (3:1) məğlub edib.

Qadın komandamız Qvatemala və Danimarkadan (hər ikisi 4:0) üstün olub.

İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.