Tahir Gözəl bank rəhbəri oldu
“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
"Mediasport" APA-ya istinadən xəbər verir ki, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.
O, bu vəzifədə qardaşı Əhməd Gözəli əvəz edib.
Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.
Müşahidə Şurasının digər üzvləri Əlirza Firuzi və Şirin Hakan Əlidir.
Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib.
“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir. (APA)

