Millimizin Bakıda toplanışı olacaq
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə təlim-məşq toplanışı keçirəcək.
"Mediasport" xəbər verir ki, hazırlıq sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində baş tutacaq.
Toplanış çərçivəsində gənc futbolçuların hazırlıq səviyyəsi və potensialı dəyərləndiriləcək.

