Bölgə klubu iki ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşdı
1-ci Liqada yarışan "Karvan-Yevlax"da ayrılıq reallaşıb.
"Mediasport" xəbər verir ki, aranlılar Ruslan Voronsovla vidalaşıblar.
30 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Voronsov Yevlax klubuna iyulun 18-də "Səbail"dən transfer edilmişdi.

