"Turan Tovuz"un tacik legioneri yığmamızla oyun üçün çağırıldı
"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.
"Mediasport" xəbər verir ki, qolkiper sentyabrın 23-də Azərbaycan yığması ilə yoldaşlıq görüşündə forma geyinə bilər.
Matç Bakıda 8-ci km qəsəbə stadionunda keçiriləcək.
Tacikistan seçməsi həmçinin Çin və Fələstin kollektivləri ilə yoxlama qarşılaşmalarında da baş məşqçinin sərəncamında olacaq.

