41 yaşlı Kriştiano Ronaldo yenidən milli komandaya çağırıldı - RƏSMİ
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo Portuqaliya yığmasında çıxışlarını davam etdirəcək.
"Mediasport" xəbər verir ki, Dünya Kuboku-2026-dan sonra millidən gedəcəyi gözlənilən 41 yaşlı superulduz UEFA Millətlər Liqası matçları üçün təlim-məşq toplanışına çağırılıb.
Baş məşqçi Roberto Martines hücumçunu sentyabr və oktyabrda baş tutacaq 4 rəsmi matç üçün dəvət edib.
Xatırladaq ki, Portuqaliya seçməsi A4 qrupunda 24 sentyabrda Uels, 27 sentyabr və 4 oktyabrda Norveç, 1 oktyabrda isə Danimarka yığmaları ilə üz-üzə gələcək.
Digər iki qarşılaşma noyabrda baş tutacaq.

