“Turan Tovuz”un “Fənərbağça” ilə matçının biletləri satışa çıxarılır

“Turan Tovuz”un “Fənərbağça” ilə matçının biletləri satışa çıxarılır

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubları arasında təşkil olunacaq yoldaşlıq oyununun biletlərini satışa çıxarılır.

"Mediasport" xəbər verir ki, qarşılaşmanın biletlərini gələn həftədən etibarən almaq mümkün olacaq.

Məlumata görə, biletlər “Birbilet.az” onlayn platforması vasitəsilə satılacaq.

Xatırladaq ki, tərəflər arasında anlaşmaya görə, görüş oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.