"Neftçi" azarkeşlərinin söyüşlərinə görə 5 min manat cərimə edildi

"Neftçi" azarkeşlərinin söyüşlərinə görə 5 min manat cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 7-ci tur görüşlərində qeydə alınmış pozuntulara dair qərarlar çıxarılıb.

"Neftçi" "Sabah"la oyunda azarkeşlərinin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat cərimə edilib.

Görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb.

"Araz-Naxçıvan" – "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" komandası 2000 manat cərimələnib.

"İmişli" – "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2500 manat cərimə edilib.