Kamal Umudlu "Roma" - "Real" Madrid görüşünü idarə edəcək

 Kamal Umudlu "Roma" - "Real" Madrid görüşünü idarə edəcək

FİFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Liqa mərhələsinə təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, əsas raundun ikinci turu çərçivəsində keçiriləcək "Roma" (İtaliya) – "Real" Madrid (İspaniya) oyununun baş hakimi olacaq.

Umudluya yan xətlərdə Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.

Oktyabrın 14-də baş tutacaq görüş saat 16:00-da Romadakı "Stadio Tre Fontane"də start götürəcək.