"Qarabağ"dan Sefasın zədəsi ilə bağlı son dəqiqə AÇIQLAMASI

"Qarabağ"dan Sefasın zədəsi ilə bağlı son dəqiqə AÇIQLAMASI

"Qarabağ"ın zədəli futbolçusu Renaldo Sefasın durumuna aydınlıq gəlib.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, 26 yaşlı vinger MRT müayinəsindən keçib.

Müayinənin nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb.

Yamaykalı 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Sefas ölkəsinin yığma komandasının heyətində KONKAKAF Millətlər Liqasının Hondurasla oyununda zədə almışdı.