AFFA bu klubu Azərbaycan çempionatından kənarlaşdırdı
AFFA Region Liqasında yarışan komandanı turnirdən kənarlaşdırıb.
"Mediasport" xəbər verir ki, söhbət "İstiqlal" komandasından gedir.
Məlumatı AFFA İntizam Komitəsi açıqlayıb.
Bildirilib ki, komanda dekabrın 28-də AFFA Region Liqası çərçivəsində keçirilməli olan "Sabirabad"la görüşə təyin edilən vaxtda gəlməyib.
"İstiqlal"a 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal ardıcıl 3-cü dəfə təkrarlandığı üçün komanda yarışdan çıxarılıb.
