Babək Quliyev "Sabah"ın "Slaviya" ilə avrokubok matçına təyinat aldı

 Babək Quliyev "Sabah"ın "Slaviya" ilə avrokubok matçına təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Bu barədə "Mediasport"a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

O, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununda hakim-inspektor olacaq.

B.Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Bank Respublika Arena"da, saat 15:00-da start götürəcək.