Qurban Qurbanovdan transferlərlə bağlı XÜSUSİ tapşırıq - YENİ PLAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun transfer siyasəti ilə bağlı çox önəmli qərar verib.
"Mediasport"a verilən məlumata görə, mütəxəssis bundan sonra sərəncamına almaq istədiyi futbolçuların yaşının 26-dan yuxarı olmamasını istəyir.
Uzunmüddətli perspektivə hesablanmış heyət qurmaq niyyətində olan baş məşqçi növbəti uğurlu yola çıxmağı planlaşdırır.
Bu səbəbdən Ağdam təmsilçisi ilə əməkdaşlıq edən menecerlərə və agentlərə bildirilib ki, "Qarabağ"a təklif edilən futbolçuların yaşı tələb olunan limiti keçməsin.
Xatırladaq ki, "Qarabağ"ın bu yay heyətə qatdığı futbolçuların ortalama yaş həddi 26-dır. Gələn 5 legionerdən Dani Boltun 26, Pedro Bikalyonun 24, Kris Kuakunun 25, Xoni Montielin isə 26 yaşı var.
Yalnız Xorvatiyanın "Dinamo" klubundan icarəyə götürülmüş Sami Mmae 28 yaşındadır.